Adı: Şəmistan Nəzirli
Tam adı: Şəmistan Nəzirli
Doğulduğu yer:
Doğum tarixi: 30.11.-0001
Haqqında
Azərbaycan Hərbi tarixinin və Səməd Vurğun ömrünün araşdırıcısıdır.

Hər iki sahədə silsilə əsərlər müəllifidir. «Vurun keçib bu yerlərdən», «Ellər Vurğunu», «Yaddaşlarda yaşayan Vurğun», «Qəribə Talelər», «Qoridən gələn qatar», «Azərbaycan Generalları», «Daş Salahlı Məhəmməd Koxa», «Cümhuriyyət Generalları», «Qacarlar», «Tam artilleriya generalı S.Mehmandarov», «Arxivlərin sirri açılır», «Qarxunlu Əşrəf bəy», «General Əliağa Şixlinski ömrü», «Güllələnmiş Azərbaycan generalları», «Beş günlük qonaq», «General Şixlınski və silahdaşları» və başqa tarixi-publisist əsrələri ilə tanınır.

Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvüdür. «Səməd Vurğun fəxri diplomu»na (1996), «Qacarlar» əsərinə görə İran dostluq cəmiyyətinin birinci dərəcəli mükafatına (1995), «General Əliağa Şixlinski» (1995), «Elm» fondunun «İlin ən yaxşı kitabı» (1999). H. Zərdabi adına Respublika mükafatına (2002) və «Səməd vurğun mükafatı»na (2004) laiq görülmüşdür.