Adı: Arzu Nağıyev
Tam adı: Arzu Nağıyev
Doğulduğu yer: Tovuz r.
Doğum tarixi: 27.07.1963
Haqqında
Arzu Nəsib oğlu Nağıyev - 27 iyul 1963-cü ildə həkim ailəsində anadan olub. 1980-ci ildə Tovuz rayonunda orta məktəbi qızıl medalla, 1985-ci ildə Moskva İdarəetmə İnstitutunu, 1991-ci ildə isə SSRİ DTK-nın Tbilisi Ali Kurslarını fərqlənmə diplomu ilə bitirib. 1985-1989-cu illərdə tikinti trestində вə komsomol təşkilаtındа işləyib. 1989-2011-ci illərdə DTK-МTN orqanlarında əməliyyat müvəkkilindən nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub, Qarabağ müharibəsi veteranıdır.
A.Nağıyev dünyanın bir sıra ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, семinarlarda Azərbaycan Respublikasını təmsil edib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalaq SCAD, CARİCC, International Intellegence Academy, Virginia Tech-TISD-OSCE, UNODC Open analist proqramlarının iştirakçısı və eksperti olub.
Hаl-hazırda “TREND” Ağentliyində Baş direktorun müavini vəzifəsində çalışır. Regional geosiyasət üzrə ekspert icmalçı kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, üç bədii kitab, bir neçə fundamental araşdırma və çoxsaylı ekspert rəylərinin müəllifidir.